4 Noyabr 2018 10:37
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Yaponiyanı İrana qarşı tətbiq etdiyi sanksiyalardan kənarlaşdıraraq, onun bu ölkədən xam neft ixrac etməsinə maneə yaratmayacaq.

ABŞ-ın dövlət katibi Mayk Pompeo İrandan neft ixracına icazə verilən səkkiz ölkənin siyahısının dərc olunacağını elan edib. Siyahıda Türkiyənin də adının olacağı bildirilib.

Qeyd edək ki, Yaponiyaya neft ixracında İran nefti cəmi 5 faiz paya malikdir. ABŞ-ın sanksiyaları ərəfəsində topdan neft alqısı ilə məşğul olan yapon şirkətləri İran ilə ticarəti dayandırıb.

Xatırladaq ki, noyabrın 5-dən ABŞ İrana qarşı sanksiyaların yenidən tətbiqinə başlayacaq.

ABŞ birtərəfli qaydada İran və dünyanın altı ölkəsi arasında imzalanan razılaşmadan çıxıb. ABŞ, eyni zamanda, digər ölkələri İran neftinin ixracından imtina etməyə çağırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər