27 Avqust 2014 12:45
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərinin Şişli rayon məhkəməsində əslən Moldovadan olan ölkə vətəndaşı Dimitri Vornikovun məhkəməsi başlanıb. O, anasına təcavüz etməkdə, sonra da qadını yandırıb öldürməkdə günahlandırılır


Teleqraf.com Milli.Az-a istinadən bildirir ki, Dimitri V. anası Olqa Vornikovanı zorlayıb, sonra qadını bıçaqlayaraq öldürüb və cəsədi yandırıb.

"Nə baş verdiyini xatırlamıram. Başım ağrıdığı üçün dərman içdim. Özümə gələndə qarşımda polisləri gördüm. Polis də məni döydü, zorla ifadəni imzalatdı".

İddianaməyə görə, Dimitri Vornikov bu ilin martın 4-də işdən evə gələndən sonra anası Olqanı vəhşicəsinə döyüb, qadına iki dəfə təcavüz edib, sonra isə anasını bıçaqlayıb.


Dəlilləri yox etmək üçün yorğan və yastıqları cəsədin üzərinə ataraq anasına od vurub. Daha sonra o, bıçağı yataq otağının pəncərəsindən aşağı atıb.

Anasının zinət əşyalarını, mobil telefonunu və bank kartlarını götürəndən sonra evin qapısını qıfıllayıb aşağı düşən Dimitrini polislər yaxalayıblar.

Qatil oğula qarşı ifadə verənlər arasında onun atalığı, türk Şefa A. da var.


D.Vornikovu 18 ilədək həbs gözləyir.


Müəllif: