Ukrayna Hərbi Hava Qüvvələri Krım yaxınlığında hava müdafiə sistemlərindən istifadə etməklə hərbi təlimlər keçirəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Hərbi Hava Qüvvələrinin açıqlamasında 2019-cu ildə raket sistemlərindən istifadə etməklə 4 təlim keçirəcəyini bildirib.
Birinci hərbi təlimlər fevralda Krım yaxınlığındakı Xerson sərhədlərində baş tutacaq. Təlimlərdə Buk-M1, S-125 və S-300 hava müdafiə sistemlərindən istifadə olunacaq.
Qeyd edilir ki, bu təlimlər Rusiyadan gələn təhdidlərə qarşı keçirilir.