Hindistanın Assam ştatında keyfiyyətsiz alkoqoldan zəhərlənərək ölənlərin sayı 140 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bunu ştatın səhiyyə naziri Himanta Bisva Şarma deyib. Onun sözlərinə görə, daha 300 nəfər xəstəxanalardadır, bəzilərinin vəziyyəti ağırdır.
"Ölənlərin sayı hər dəqiqə ilə artıq", - deyə nazir bildirib.
Polisin məlumatına görə, zəhərlənənlər əsasən Assam ştatındakı çay plantasiyalarının işçiləri olublar. Onlar tərkibində metanol olan keyfiyyətsiz likyor qəbul ediblər. İşçilər maaş almaqlarını qeyd edirlərmiş.
Spirtli içkini hazırlayan müəssisə sahibi və daha 4 nəfər saxlanılıb.