Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Avropanın yeni müharibə istəmədiyini bildirib.
Teleqraf.com-un UNIAN-a istinadən xəbərinə görə, Barrozu bu barədə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşdən sonra jurnalistlərə bildirib.
"Son bir neçə gündə Ukraynada vəziyyət pisləşib, yeni cəbhənin açılması, Rusiya qoşunlarının Ukraynaya yerləşdirilməsi yolverilməzdir. Bu qarşıdurmanın heç bir qalibi olacaq. Biz qitədə yeni müharibə istəmirik. Rusiya öz təcavüzünü davam etdirir. İyirmi birinci əsrdə layiqli dövlət belə davranmaz.
Barrozu problemin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini bildirib. O, bu məqsədlə Rusiya və Ukrayna prezidentləri ilə təmasda olduğunu da deyib.
Barrozu həmçinin deyib ki, Avropa Komissiyası Ukrayna üçün humanitar yardımı artırmağa hazırdır.
Nihad