Belarus Prezidenti Aleksandr Lukaşenko Abxaziyanın tanınması haqda fərman imzalamaq fikrindən məcburiyyət qarşısında daşınmasının səbəbini izah edib.
Teleqraf.com xəbər verir ki, Belarus rəhbəri bu barədə jurnalistlərə açıqlmasında danışıb.
O deyib: "Mən Abxaziyanın müstəqilliyini tanıyan fərman imzalamağa hazır idim. Amma sonra nə olacaqdı?.. NATO-nun o zamankı baş katibi Havyer Solana mənim, diktatorun qəbuluna gəldi, uzun söhbət etdik. O mənə dedi: "Abxaziyanın müstəqilliyini tanısanız, sizi bütün beynəlxalq banklardan kənar edəcəyik". Solana mənimlə açıq və səmimi danışdı".
Belarusun beynəlxalq səviyyədə təcrid oluncağından ehtiyatlandığını bildirən Aleksandr Lukaşenkonun sözlərinə görə, bu görüşdən sonra Rusiyanın o zamankı prezidenti Dmitri Medvedevlə görüşərək bu məsələni müzakirə edib, amma yekdil rəyə gələ bilməyiblər.