ABŞ-da 50-dən çox jurnalist və qaçqın haqlarını müdafiə edən fəal şəxs sərhəd rəsmilərinin ciddi nəzarəti ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, Mərkəzi Amerika ölkələrindən keçən qaçqınları müşayiət edən jurnalist və aktivistlər Daxili İşlər Nazirliyi tərəfindən təqibə götürülüb.
ABŞ mediasının yazdığına görə, Mərkəzi Amerika ölkələrindən ABŞ-a yola çıxan qaçqınlarla bağlı xəbər və reportaj hazırlayan jurnalistlər haqqında kəşfiyyat məlumatlarının toplandığı xüsusi iş rəsmilərə verilib.