İran Prezidenti Həsən Ruhani ölkəsinə tətbiq olunan sanksiyalara görə ABŞ-ı məhkəməyə verəcəklərini bəyan edib.
Teleqraf.com xəbər verir ki, İran prezidenti dövlət televiziyasında çıxışı zamanı rəhbərlik etdiyi ölkəyə qarşı tətbiq edilən sanksiyalardan dolayı ABŞ-a iddia açacaqlarını söyləyib.
Ruhaninin sözlərinə görə, ABŞ-ın sanksiyaları insanlığa qarşı cinayətdir.
Qoyulan embarqonun İran realına təsir göstərdiyini deyən Həsən Ruhani bu problemi həll edəcək gücdə olduqlarını qeyd edib.