6 Aprel 2019 17:55
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Misirin paytaxtı Qahirəyə səfər edib.

Teleqarf.com xəbər verir ki, o, Qahirədən fotolarını “Feysbuk” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Mariya Zaxarova səhər yeməyi yeyərkən quşlar onun masasına qonub və çörəyi dimdikləməyə başlayıb. Rusiyalı diplomat bu anı telefonun yaddaşına köçürüb və onu sosial şəbəkə hesabında paylaşaraq belə bir qeyd yazıb:

“Qahirədə səhər quşlarla açılır. Bəlkə onlar mənim çiçəkli gödəkçəmə qonmaq istəyrlər?”

Zaxarova səhər yeməyi zamanı quşları bəslədiyini də vurğulayıb: “İndi səhər yeməyi yeyirəm, quşları bəsləyirəm və işə başlayacam. Bu da bizim istirahət günümüz...”

XİN-in rəsmi nümayəndəsi geyiminin və ayaqqabısının Rusiya istehsalı olduğunu xüsusi vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər