İran Amerikaya qarşı hər hansı addım atarsa, bunun qarşılığı çox ağır olacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Macarıstan Baş naziri Viktor Orbanla görüşdən sonra mətbuat konfransı zamanı deyib.
İranla güclənən gərginliyin hansı həddə qədər davam edəcəyini yaxın gələcəkdə məlum olacağını bildirən Tramp deyib: “İranla nələrin olacağını görəcəyik. Əgər bir şey edərlərsə, bu, çox pis xəta olar. ABŞ-a qarşı bir şey edərlərsə bunun qarşılığı çox ağır olar”.
İranın son dövrdəki addımlarını təhlükəli qiymətləndirən Prezident Donald Tramp ötən həftə Tehranı təhdid edib, həm də yeni nüvə anlaşması üçün İran liderləri ilə müzakirəyə açıq olduğunu qeyd edib.