16 May 2019 16:55
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Bask regionunda müstəqillik uğrunda mübarizə aparan və 2018-ci ildə ETA-nın siyasi qolunun lideri kimi təqdim edilən Xose Antonio Urrutikoetoçea Parisdə həbs edilib.

Teleqraf.com xəbər verir ki, “Josu Ternera” adı ilə tanınan ETA terror təşkilatının siyasi qanadının lideri Xose Antonionu Fransanın Sallanş adlı ərazisində tutublar.

İspaniya mediası “ETA”nın tarixi lideri kimi qiymətləndirdiyi Xose Antonionun Fransada otel məqsədilə istifadə olunan tarixi binada yaşadığını müəyyən edib.

Qeyd edək ki, 69 yaşlı ETA lideri 2002-ci ildən bu yana qaçaq vəziyyətdə yaşayırmış. Onun 1987-ci ildə Zaroqozada jandarma dəstəsinə edilən hücumu hazırlayanlardan olduğu deyilir.

Antonio bu işlə əlaqədar olaraq şahid qismində məhkəməyə çağırıldıqdan sonra qaçıb.

İspaniyanın Bask regionun müstəqilliyi üçün 1958-ci ildə qurulan və 800-dən çox insanın ölümünə səbəb olan ETA 2011-ci ildə silahlı fəaliyyətini buraxdığını bəyan etmiş, 2018-ci ilin 3 may tarixində isə özünü ləğv etdiyini açıqlamışdı.


Müəllif: Cavad