1 İyun 2019 21:59
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya siqaretdən imtina günündə bir çox ölkələrdə tətbiq edilən qadağalara rəğmən siqaret çəkənlərin sayında artım qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, siqaretdən istifadə hər il 7 milyon insanın həyatına son qoysa da, bu gün dünyada 1 milyard 100 milyon insan siqaret çəkir.

Siqaret çəkənlərin 80 faizi daha çox aşağı və orta gəlirli ölkələrin payına düşür.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlına görə, ən yüksək siqaret tədarük edən ölkə Kiribati ada dövlətidir. Burada hər 3 nəfərdən ikisi və ya ən azı 3 qadından biri siqaret çəkir.

Çernoqoriya isə Avropada ən çox tütün istifadə edən dövlətdir. Yunanıstan bu sırada üçüncüdür. Məlumatda vurğulanır ki, 2008-ci ildən bu yana Yunanıstanda açıq yerlərdə siqaret çəkmək qadağası tətbiq edilsə də, bu, insanlara maneə olmayıb. Rusiya bu siyahıda beşinci, Türkiyə isə qırxıncı yeri tutur.

Dünyada ən az siqaret tədarük edən dövlətlər Afrika qitəsindədir: Qana, Efiopiya, Nigeriya, Panama və Eriteriya.


Müəllif: Cavad

Oxşar xəbərlər