24 İyun 2019 14:58
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb ölkələri Gürcüstandakı millətçilik və rusofobiyanı görməzdən gəlirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Qərbi Gürcüstan-Rusiya münasibətlərini qırmaqda ittiham edib:

“Qərbdən kuratorlar ortaq tariximizi yenidən yazmaq, ölkələrimiz arasındakı əlaqələri qoparmaq üçün Gürcüstandakı millətçiliyi və rusofobiyanı görməzdən gəlirlər. Buna gözlərini bağlamağa hazırdırlar.

Amma biz ABŞ və müttəfiqlərinin dünya səhnəsindəki oyunlarını diqqətlə izləyirik”.

Əlavə edək ki, ötən həftədən Gürcüstanda Rusiya əleyhinə etiraz nümayişləri başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu