Kulinariya Festivalına hücum edilib. İlkin məlumatlara görə, 3 nəfər öldürülüb, 12 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın Kaliforniya ştatında olub.
Qeyd edilir ki, hər il Kaliforniyanın şimalında festival keçirilir.
Hadisə yerinə polis və təcili tibbi yardım avtomobilləri gətirilib, yaralılar xəstəxanalara aparılıb.
Şahidlər hücum edən şəxsin 30 yaşlarında ağ insan olduğu və avtomatla atəş açdığını deyiblər.
ABŞ Prezidenti Donald Tramp hücumla bağlı açıqlamasında bildirib ki, xüsusi xidmət qurumları hadisə yerindədir. Prezident hər kəsi diqqətli olmağa çağırıb.