30 İyul 2019 18:53
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə tətildə olan rus turistlər sağlamlıqlarını hər zaman adekvat şəkildə qorumurlar. Təkcə bu ilin əvvəlindən Antalyada onlarla rus turistin ölümü qeydə alınıb, 8-i ağır xəstələnib. Xəstələnənlər sanaviasiya vasitəsilə Türkiyə kurortlarından Rusiyaya təxliyə ediliblər.

Teleqraf.com xəbər verir ki, Rusiyanın Antalyadakı Baş konsulu Oleq Roqoza “RİA Novosti”yə açıqlamasında vəfat edənlərin ilk növbədə yaşlı insanlar, isti və rütubətli iqlimdə xroniki xəstəlikləri kəskinləşən şəxslər olduqlarını bildirib.

Roqoza ildən-ilə ürək tutmaları, infarkt və insult hallarının əhəmiyyətli dərəcədə artdığını bildirib.

Rus diplomatın sözlərinə görə, bədbəxt hadisələrin bir çoxu turistlərin spirtli içkilərdən sui-istifadəsi, suda diqqətli olmamaları və ekskursiyalara gedərkən ehtiyatsız davranmaları səbəbindən baş verir.


Müəllif: Səxavət

Oxşar xəbərlər