9 Avqust 2019 09:05
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “American Crime Story” serialının yeni sezonunun mövzusu bəlli olub.

Teleqraf.com xəbər verir ki, serialın növbəti sezonunda ABŞ-ın keçmiş prezidenti Bill Klintonun seks skandalı yer alacaq.

Sezonun baş rolunda isə aktrisa Bini Feldşteyn yer alacaq. Feldşteyn bu skandalda adı Klintonla birlikdə hallanan katibəsi Monika Levinski obrazını canlandıracaq.

Levinskinin sirlərini ortaya çıxaran Linda Tripp obrazı isə Sara Paulsona həvalə olunub.

Məlum olduğu kimi Linda Tripp Bill Klinton və Monika Levinski arasındakı telefon danışıqlarını gizli şəkildə qeydə alan şəxs olub. İddiaya görə, Monikanın bundan xəbəri olmayıb. Bu qeydlər sonralar Klintona qarşı açılmış cinayət işində dəlil kimi istifadə edilib.

“American Crime Story”-nin üçüncü sezonunda “Broadway” ulduzu Annali Eşvord rolunu isə Bill Klintonu təcavüz ittihamı ilə məhkəməyə verən Paula Cons canlandıracaq.

Cons sabiq prezidentin ona təcavüz etdiyini iddia etsə də, bunu sübut edə bilməmiş, məhkəmə ləğv edilmişdi.

Əlavə edək ki, Monika Levinski prezident olduğu dönəmlərdə Bill Klintonun onunla Ağ Evin oval ofisində sekslə məşğul olmağa məcbur etdiyini iddia etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər