BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen sabah Türkiyəyə gələcək.
Teleqraf.com xəbər verir ki, Pedersen sentyabrın 5-6-da Ankarada səfərdə olacaq.
Onun Ankaradakı görüşlərdə İdlib başda olmaqla Suriyadakı son vəziyyət barədə müzakirələr aparacağı nəzərdə tutulub.