4 Sentyabr 2019 20:45
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Konstitusiya Məhkəməsinin sabiq prezident Robert Koçaryanın həbsi ilə bağlı vəkillərin müraciətinə baxılması üzrə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclas zamanı məhkəmənin binası polis tərəfindən mühasirəyə alınıb.

Koçaryanın vəkili jurnalistlərə bildirib ki, məhkəmə sabiq prezidentin hüquqlarının pozulması faktını təsdiq edib. Lakin Konstitusiya Məhkəməsi onun əleyhinə müvafiq maddələrlə cinayət işinin başlanmasını ölkənin əsas qanununa uyğun olduğu qərarını çıxarıb. Söhbət yalnız sabiq prezidentə qarşı həbs qətimkan tədbirinin seçilməsindən gedir. Belə ki, hakim Qrayr Tovmasyan Koçaryanın həbsdə saxlanılması qərarını şübhə altına alıb.

Sabiq dövlət başçısının vəkili də bəyan edib ki, Koçaryanın həbsini nəzərdə tutan cinayət məcəlləsinin 35-ci maddəsi konstitusiyaya zidd hesab olunub. O əlavə edib ki, bu qərardan sonra birinci instansiya məhkəməsi sabiq prezidentə qarşı həbs qətimkan tədbirini ləğv edə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər