29 Sentyabr 2019 10:42
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada növbədənkənar parlament seçkiləri start götürüb.

Teleqraf.com xəbər verir ki, ilk səsvermə məntəqələri yerli vaxtla saat 6:00-da açılıb.

Saat 17:00-a kimi davam edəcək səsvermə prosesində ölkənin 6,4 milyon seçki hüququna malik vətəndaşı iştirak edə bilər.

8 partiyanın mübarizə apardığı parlament seçkilərində Avstriya Xalq Partiyasının (ÖVP) qalib gəlmə şansı yüksək hesab olunur. Sentyabrın 23-də keçirilmiş sorğuların nəticələrinə görə, bu partiya seçkilərdə 34 faiz, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) isə 22 faiz səs toplaya bilər. ÖVP ilə koalisiya quracağı ehtimal olunan sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) isə 20 faiz səs toplayacağı gözlənilir.

Parlamentdə 183 mandat uğrunda mübarizədə hər bir partiya ölkə üzrə ümumi səslərin ən azı dörd faizini toplamalıdır. Seçkiöncəsi sorğularda beş partiyanın bu baryeri keçə biləcəyi proqnozlaşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər