27 Oktyabr 2019 16:17
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin daxili işlər naziri Süleyman Soylu reytinq rekordu qıran "Çukur" və "Adana sıfır bir" serialını sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, nazir sözügedən serialların uşaqların beynini zəhərlədiyini söyləyib.

"Lənət bir serial var, Çukur" deyə. Onun qədər ola bilmiriksə, yazıqlar olsun. Bir də "Adana sıfır bir" serialı var, ikisinin təsir dairəsi qədər təsir dairəsi formalaşdıra bilmiriksə, yandıq", - deyə Soylu bildirib.

Onun sözlərinə görə, hər iki serial insanları Türkiyə mədəniyyətindən uzaqlaşdırır: "Mən də heyrətlə baxıram, universitet müəllimləri nə işə yarayır? Bu işlər əlaqədar mədəniyyət xadimləri nə edir? Xüsusilə bu seriallarla əlaqədar ortalığa nə qoyurlar? Bizim uşaqlara öyrətməli olduğumuz şeylər tamamilə başqadır, kimlərsə uşaqlarımızı zəhərləyirlər. Bunu təəssüf ki, sadəcə seyr edirik. Uşaqlarımızın və gənclərimizin yönünü xeyrə, doğru işlərə istiqamətləndirməliyik. 5 dəfə namazda oxunduğu kimi sırat-ı müstakimə döndürməliyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər