ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp üzərində özünün seçkiqabağı kampaniyasının şüarı və ABŞ-nin milli quşu ağbaş qartal təsviri olan gitaranın satışını elan edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün "Truth Social" hesabında yazıb.
"Tezliklə satışda! "45" gitarasının məhdud seriyası. Cəmi 1,3 min nüsxə akustik gitara və elektrogitara - onlardan bəziləri şəxsən mənim tərəfindən imzalanıb!" - deyə Tramp bildirib.
Gitaralar "ABŞ-ni yenidən möhtəşəm edək" ifadəsi ilə bəzədilib, bu cümlə sədəf boyalarla gitaranın qrifinə yazılıb.
Gitaranın qiyməti modelindən asılı olaraq min dollardan 1,5 min dollara qədərdir. Eyni zamanda, respublikaçının özünün imzası olan gitara 10-10,5 min dollara başa gələcək. Gitara Milad bayramı ərəfəsində ünvanlara çatacaq.