İsveç Xarici İşlər Nazirliyi rəsmi olaraq “Ağ Rusiya” (Vitryssland) əvəzinə “Belarus” sözündən istifadəyə keçdiklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bunu xarici siyasət idarəsinin başçısı Ann Linde bildirib.
“Xarici İşlər Nazirliyi “Ağ Rusiya” əvəzinə “Belarus” adından istifadə edilməsinə keçir. Biz bunu Belarus xalqının, vətəndaş cəmiyyətinin və diasporun öz ölkələrinin milli kimliyini və suverenliyini tanımaq istəyimizi vurğulamaq üçün edirik”, – deyə nazir “Tvitter”də yazıb.
İsveçli nazirin bu gün Minskə səfəri başlayır.