2 Yanvar 2020 00:15
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablanmışdır ki, almanlar hər il bayram pirotexnikasına 130 milyon avrodan çox pul xərcləyirlər. Amma qanunvericilik bu məsələdə hərc-mərcliyi istisna edir və fişəngləri harada, nə vaxt və necə partlatmağı ciddi tənzimləyir.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, Almaniyada səmanın fişənglərlə fərdi qaydada işıqlandırılmasına yalnız Yeni il gecəsində icazə verilir. Bu təlimata riayət etməyənləri 10 min avroya qədər cərimə gözləyir.

Bayram pirotexnikasını açıq satışda cəmi bir neçə gün ərzində - dekabrın 28-dən 31-dək almaq olar.

Xəstəxanaların və qocalar evinin yaxınlığında, həmçinin, təbiəti mühafizə zonalarında fişəng buraxmaq olmaz. Bundan başqa, şəhərlərin çoxunda ayrı-ayrı rayonlar pirotexnika üçün bağlı elan edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər