12 Yanvar 2020 22:54
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın cənubunda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində Qəndahar və Gülmənd əyalətlərində ümumilikdə 11 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, Qəndəhar əyaləti qubernatoru administrasiyasının nümayəndəsi Əhməd Bahir Əhmədi bildirib ki, arasıkəsilməz leysan yağışlar bir neçə gün ərzində daşqınlara səbəb olub.

Onun sözlərinə görə, əyalətdə 8 nəfər daşqınların qurbanı olub, daha 14 nəfər xəsarət alıb.

Daha 3 nəfər Gülmənd əyalətində ölüb. Əyalət hakimiyyəti bildirib ki, daşqından zərərçəkənlərə yardım məqsədilə işlər görülür.


Müəllif: Teleqraf.com