20 Yanvar 2020 17:34
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin anti-terrora qarşı kompleks mübarizəsi PKK terror təşkilatını məhv olma səviyyəsinə gətirib.

Teleqraf.com xəbər verir ki, uzun illər Türkiyəyə qarşı qanlı terror aktları həyata keçirən və Qərbin əlində Ankaraya qarşı maşa rolunu oynayan PKK-nın son vəziyyətini real rəqəmlər ortaya çıxarır.

2016-cı ildən bu yana Türkiyə hüquq-mühafizə orqanlarına 1093 terrorçu təslim olub. Bu terrorçuların 635-nin ailələri ilə aparılan müzakirələr nəticəsində dağdan endiyi məlum olub.

Müzakirələr yolu ilə 2016-cı ildən dağdan 79 terrorist enərək təslim olduğu halda 2017-ci ildə bu rəqəm 105-ə çatıb. 2018-ci ildə təslim olan terrorçuların sayı 165-ə, 2019-cu ildə isə 273 nəfərə qədər qalxıb. 2020-ci ilin ilk 15 günündə 13 PKK terrorçusu türk hüquq-mühafizə orqanlarına təslim olub.

Son 30 ilin ən acınacaqlı durumunu yaşayan PKK terror təşkilatına qatılmaq istəyən sayı isə sıfır nöqtəsinə gəlib.

Əlavə edək ki, uzun müddətdir HDP tərəfindən aldadılıb PKK-ya aparılan gənclərin ailə üzvlərinin HDP-nin Diyarbəkir ofisinin qarşısında oturmaq aksiyası davam edir.


Müəllif: Cavad

Oxşar xəbərlər