Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqını verdiyi sözü tutmamaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, nazir Almaniyanın “Bild” nəşrinə müsahibəsində Avropa İttifaqı ilə Türkiyə arasında imzalanan miqrant anlaşması ilə əlaqədar verdiyi sözü tam yerinə yetirmədiyini deyib.
“Avropa İttifaqı nə elədi? 2016-cı ilin sonunda 3 milyon avro, 2018-ci ilin axırında qalan pulu, 3 milyard avro ödəməli idi. Artıq 2020-ci ildir, heç ilk 3 milyard avronu ala bilməmişik. İndi kim sözünün üstündə durmayıb?”, - deyə Çavuşoğlu qeyd edib.
Nazir hər şeyə rəğmən Türkiyə ilə Aİ arasında yaxşı iş birliyinin nümunəsi olduğu üçün müqaviləni davam etdirməyin tərəfdarı olduqlarını söyləyib.