Türkiyənin məşhur və sevilən aktyoru, "Şaban" obrazı ilə tanınan Kamal Sunalın evinin Elazığ əyalətində 6,8 bal gücündə zəlzələ nəticəsində dağıldığı məlum olub.
Teleqraf.com xəbər verir ki, "Sabah" qəzetinin yazarı Yavuz Donat bu barədə "Orada bir kənd var uzaqda" başlıqlı köşə yazısında qeyd edib.
O, Kamal Sunalın Malatyadakı evinin yerlə yeksan olduğunu yazıb.
Yavuz Donat Kamal Sunalın bibisi oğlu Mustafa Karanın həlak olduğunu bildirib.