5 Fevral 2020 15:02
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Arevik Anapiosyan istefa ərizəsini təqdim edib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindəki mənbələr məlumat verib.

Nazir müavini özü istefası barədə şayiələri təkzib etməyib.

Arevik Anapiosyan 2018-ci il may ayında Baş nazir Nikol Paşinyanın qərarı ilə Ermənistanın təhsil və elm nazirinin müavini təyin olunub.

Əlavə edək ki, bu, son bir ay ərzində Ermənistan hökumətində baş verən dördüncü istefadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər