5 Fevral 2020 15:10
2 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada polis idarəsində xoşagəlməz anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bölməyə ifadə verməyə gətirilən qadın qəfildən əlinə bıçaq alaraq dəhlizə çıxıb və aləmi bir-birinə qatıb.

Dəhlizdə olan polis əməkdaşları hər iki əlində bıçaq tutan xanımı görən kimi otaqlarına qaçaraq, qapını bağlayıblar.

Bir müddət dəhlizdə polis otağının qapısını açmaq istəyən içkili xanımın gücü saatlar sonra zəifləyib. Bundan sonra qapını açan polislər bıçaqla onlara hücum edən qadını yenidən həbs ediblər.

Bütün bu baş verən hadisələrin görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra müzakirə mövzusuna çevrilib. Ruslar sosial şəbəkələrdə polislərin qorxaraq kabinetə girib qapını arxadan bağlamalarını utandırıcı hərəkət kimi qiymətləndirərək onların xidmətdən alınmasını istəyiblər.


Müəllif: Cavad

Oxşar xəbərlər