13 Fevral 2020 19:45
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Harvard və Yale Universitetləri xaricilərdən aldığı qrantlar və sövdələşmələr nəticəsində əldə etdiyi milyonlarla dollar barədə rəsmi şəxslərə lazımi səviyyədə məlumat verməməkdə şübhəli bilinir.

Teleqraf.com xəbər verir ki, iki ali məktəb barəsində Səudiyyə Ərəbistanı və Çin daxil olmaqla digər xarici ölkələrdən gizli vəsait əldə etmək şübhəsi ilə cinayət işi başladılıb.

ABŞ Təhsil İdarəsi 2019-cu ilin iyul ayından etibarən Qətər, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) bu universitetlərin əvvəlcədən hesabatı olmayan 6,6 milyard dollar dəyərində gəlir əldə etdiyi barədə məlumat yayıb.

Harvard və Yale Universitetləri hökumətə cavab verməyə hazırlaşdıqlarını açıqlayıblar.


Müəllif: Nərgiz