İranın koronavirus epidemiyası səbəbindən Türkiyəyə təslim etdiyi “Argeş” kod adlı terrorçu məhkəməyə çıxarılaraq həbs edilib.
Teleqraf.com xəbər verir ki, İran hüquq-mühafizə orqanları ilə silahlı atışma zamanı yaxalanan terrorçu bir müddət bu ölkənin həbsxanasında saxlanılıb.
Aprelin 11-də isə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Türkiyəyə təslim edilib.
Hakkaridə Türk hüquq mühafizə orqanlarına təhvil verilən terrorçu Vana gətirilib.
İlkin ifadəsində “Argeş” 2015 və 2016-cı illərdə Başqala zastavasına, Kandarma postun hücumlarda, Çamlıqda yerə mina basdırılmasında iştirak etdiyini etiraf edib.