Son sutka ərzində Ermənistanda daha 62 nəfər koronavirus infeksiyasına yoluxub, bir nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin saytında bildirilib.
Bununla da yoluxanların ümumi sayı 1808 nəfərə çatıb.
“Ermənistanda koronavirusa 1808 yoluxma hadisəsi təsdiqlənib, 848 xəstə sağalıb, 29 nəfər vəfat edib”, – deyə məlumatda bildirilir.
Qeyd edilir ki, 931 xəstə müalicə olunur, ötən müddət ərzində 18547 test aparılıb.
Ermənistanda COVID-19-la mübarizə aparmaq üçün martın 16-dan mayın 14-dək fövqəladə vəziyyət rejimi elan edilib.