28 Aprel 2020 10:51
2 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen Inın keçmiş baş aşpazı Kendzi Fudzimoto siyasətçinin qidalanmada nəyə üstünlük verdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mirror” qəzeti məlumat yayıb.

Aşpazın sözlərinə görə, 2015-ci ildə Kim Çen In hər axşam biri 175 funt sterlinq dəyərində iki şüşə “Cristal” şampanı içir və “Emmental” pendiri ilə bahalı Kobe steykini (yapon qara öküzlərindən alınan yüksək keyfiyyətli mal əti) yeyirdi.

Üstəlik, o, fua-qra və “Vaqyu” adlandırılan yüksək kalorili mal ətindən də imtina etmirdi. Bu yeməklərin bir porsiyasının qiyməti 240 funt sterlinqə çatırdı. Fudzimoto Şimali Koreya liderinin köpək balığından hazırlanan delikates şorbaların pərəstişkarı olduğunu da bildirib. Keçmiş baş aşpaz qeyd edib ki, məhz bunların sayəsində Kim Çen Inın çəkisi 127 kiloqramadək artıb.

Məlumdur ki, 36 yaşlı Kim Çen artıq çəki ilə yanaşı piylənmədən də əziyyət çəkir. Güman edilir ki, onun iştahının güclü olması və pəhrizə diqqət yetirməməsi aprelin 12-də ürək əməliyyatı keçirməsinin səbəbi olub.

Aprel ayında həkimlər ona koronavirus infeksiyası riskini azaltmaq üçün arıqlamağı məsləhət görüblər.

Milli Audit və İntensiv Terapiya Milli Mərkəzinin (ICNARC) statistikasına görə, İngiltərədə COVID-19 diaqnozu qoyulan xəstələrin dörddə biri artıq çəkidən və ya piylənmədən əziyyət çəkib. Endokrinologiya üzrə professor Rob Endryusun sözlərinə görə, çəki artması zamanı insanın ağciyərlərində havalandırma pisləşir və bu da bir sıra xəstəliklərə yol açır.


Müəllif: Səxavət

Oxşar xəbərlər