Belarus əlverişsiz epidemioloji vəziyyətə görə 9 May Qələbə Günü paradını ləğv edə bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O qeyd edib ki, müharibə iştirakçıları ölürdülər, hətta ola bilsin ki, virusdan ölürdülər, lakin onlar bu barədə düşünmür və bizim uğrumuzda öz həyatlarını qurban verirdilər.
“İnsanların nə deyəcəyini düşünün. Bəlkə də onlar dərhal deyil, bir-iki gün bundan sonra deyəcəklər ki, siz qorxdunuz", - Lukaşenko əlavə edib.