Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman COVİD-19 səbəbindən iqtisadi çətinliklə üzləşən Hollivud şirkətlərini satın almaq üçün 320 milyard dollarlıq fondu işə salıb.
Teleqraf.com xəbər verir ki, Səudiyyənin Dövlət İnvestisiya Fondu vasitəsilə şahzadə Məhəmməd bin Salman "Live Nation" şirkətindən 500 milyon dollarlıq səhmi satın alıb.
Məlum olub ki, Səudiyyə Ərəbistanı Madonna və digər məşhur şəxslərlə işləyən Varner Music Groupu almaq üçün 12,5 milyard dollarlıq təkliflə çıxış edib.