27 May 2020 16:59
2 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda adı korrupsiyada hallandırılan Baş nazir Muhammedkalı Abulqaziyev məzuniyyətə çıxdığını, müvəqqəti olaraq onu birinci köməkçisi Kubatbek Boronovun əvəz edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə qərarını Baş nazirin kabenti ilə keçirdiyi iclasda elan edib.

Baş nazir hökumətin və özünün şəffaf fəaliyyət göstərdiyini bildirib: “Günahsızlığımı sübut etməyə çalışdığım parlamentdə radiotezlik spektrindən istifadə üçün lisenziyanın yenilənməsi ilə bağlı hökumətə və Baş nazirə tənqidi fikirlər səsləndirildi. Bir daha bu məsələ ilə əlaqəmin olmadığını bəyan edirəm və bunun siyasiləşdirilməsini qəbul etmirəm. Hüquq-mühafizə orqanlarından obyektiv araşdırma aparmasını tələb edirəm”.

Abulqaziyev istintaqın bitərəf aparılması üçün məzuniyyətə çıxdığını, yerinə köməkçisinin keçdiyini bildirib.

Aprel ayının əvvəlində Qırğızıstanda Baş nazirə bağlı Rabitə və İnformasiya Texnologiyaları Dövlət Komitəsində və Milli Təhlükəsizlik Dövlət Komitəsində bəzi vəzifəli şəxslərə qarşı radiotezlik spektrindən istifadə üçün lisenziyanın genişləndirilməsi və yenilənməsi prosesində dövlətə ziyan vurmaq ittihamı ilə cinayət işi açılıb. İstintaq çərçivəsində sözügedən qurumların bəzi yüksək vəzifəli şəxsləri saxlanılıb.

Parlament Baş nazirdən də günahsız olduğu sübuta yetirməyini tələb edir.

Bir telefon şirkətinin kabel televiziya şirkətinden təxminən 1 milyon 800 dollar satın aldığı radiotezlik spektrindən istifadə üçün lisenziyanın yenilənməsi ilə əlaqədar dövlətin 67 milyon dollar zərər gördüyü bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu