31 May 2020 20:09
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq Avropa ölkələrində də aksiyalar keçirilib.

Teleqraf.com xəbər verir ki, Almaniya, İngiltərə və Danimarkanın paytaxtlarında yüzlərlə insan küçələrə çıxaraq "qaraların həyatı vacibdir" şüarı ilə aksiyalara başlayıblar.

Qeyd edək ki, mayın 26-dan Minneapolisdə polislə toqquşmalarla müşayiət olunan kütləvi etiraz aksiyaları davam edir. Vətəndaşlar polis tərəfindən güc tətbiq etməklə saxlanılan və saxlanıldıqdan bir neçə saat sonra boğularaq öldürülən yerli sakin, qaradərili Corc Floydun ölümünə etiraz olaraq küçələrə çıxıblar. Sonra qaradərililərə qarşı zorakılıq əleyhinə hərəkatın tərəfdarları (“Qaraların həyatı vacibdir”) küçələrə çıxıb. Etirazlar qarışıqlığa, qarətlərə, atışmalara və yanğınlara çevrilib. Asayişin qorumasını gücləndirmək üçün şəhərə Milli Qvardiyanın bölmələri və zirehli texnikalar daxil olub. Şəhərdə komendant saatı tətbiq olunub.


Müəllif: Teleqraf.com