5 İyun 2020 18:23
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Çexiyadakı səfirliyinin iki əməkdaşı persona non qrata (arzuolunmaz şəxs) elan edilib.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin Baş naziri Andrey Babiş açıqlayıb.

“Çexiyadakı Rusiya səfirliyinin iki əməkdaşı persona non qrata elan edildi”, – deyə “Çexiya radiosu” hökumət başçısından sitat gətirib.

Onun sözlərinə görə, onların ölkədən çıxarılması zəhərli maddənin Çex Respublikasına daşınması iddiası ilə əlaqədardır.

Qeyd edək ki, may ayında Çexiya KİV-ləri sözügedən zəhərli maddənin ölkəyə çatdırılması ilə əlaqəli olan bir şəxsin rus diplomatı ilə söhbətini dərc ediblər. Rusiyalı diplomat ona yönələn ittihamları rədd edib.

Rusiya səfirliyi həmin zəhərli maddədən bir nəfərin zəhərlənməsinə görə əməkdaşlarına təhdidlər gəldiyini bildirib.


Müəllif: Səxavət