İspaniyada Ebola virusuna yoluxma ilə bağlı ilk fakt qeydə alınıb.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə,ölümcül infeksiya III Karlos xəstəxanasında işləyən tibb bacısında aşkarlanıb. Bu xəstəxanada öncə missioner Manuel Qarsia Vexo malicə alıb. O, 25 sentyabrda Ebola virusundan ölüb.
Oktyabrın 6-da müayinədən keçən tibb bacısının Ebolaya yoluxduğu məyyən edilib. Tibb bacısının yerləşdirildiyi şöbədə xüsusi rejim tətbiq olunub.
Nihad