Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı iddiası üzrə bu günə təyin edilmiş məhkəmə iclası iddiaçının gəlməməsi səbəbindən baş tutmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Xatırladaq ki, bu ilin may ayında Robert Köçəryan Nikol Paşinyana qarşı iddia qaldırıb. Sabiq prezident baş nazirin onun şərəf və ləyaqətini təhqir etdiyini bildirib.
Əlavə edək ki, bir müddətdir həbsdə olan Robert Köçəryan ötən gün Apelyasiya Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.