Ermənilər Ukraynanın Yerevandakı səfirliyinə hücum edib.
Teleqraf.com xəbər verir ki, Yerevanda Ukrayna səfirliyinin binası önünə toplaşan qrup etiraz aksiyası təşkil edib.
Daşnak Partiyasının gəncləri tərəfindən düzənlənən aksiyada anti-Ukrayna şüarları səsləndirilib.
Bunun ardınca Ukraynanın məşhur borş supunun qabları Ukrayna səfirliyinin binasına atılıb. Videodan görünür ki, ermənilərin hücumu zamanı səfirliyin pəncərəsinin şüşələri sındırılıb.
Xatırladaq ki, iyulun 12-də Ermənistan ordusunun Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətinə qəfil hücumu olub.
Ukrayna Xarici İşlər Nazirliyi iyulun 13-də bəyanat verərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.