31 İyul 2020 11:05
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Hər bir müsəlman üçün əlamətdar olan bu dini bayram müqədəs “Quran”ın əsasını təşkil edən təqva, ədalət və mərhəmət, doğmalara sevgi kimi yüksək mənəvi ideallara sədaqət rəmzidir”, – deyə təbrikdə bildirilir.

Putin Rusiya müsəlmanlarının ölkənin mədəni müxtəlifliyinin qorunub saxlanmasına, eləcə də cəmiyyətdə millətlərarası harmoniyanın möhkəmlənməsinə verdikləri əhəmiyyətli töhfəni qeyd edib.


Müəllif: Səxavət