Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında əli bintlə sarınmış vəziyyətdə görüntülənib.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
Rəsmi mətbuat xidmətinin yaydığı fotoda seçilmiş rakurslar və ya aşağı ölçülər səbəbindən bint demək olar ki, görünməzdir. Bununla belə bint “Belarus 1” telekanalının yayımladığı videoda aydın nəzərə çarpır.
Bir sıra teleqram-kanallar binti tələm-tələsik mümkün tibbi prosedurlarla əlaqələndirməyə çalışıblar. “Belarusun baş beyinləri” teleqram-kanalı dövlət başçısının qolundakı sarğı ilə yanaşı, dərman inyeksiyası üçün kateterin də göründüyünü təxmin edib. Digər teleqram istifadəçiləri isə yazırlar ki, bəlkə də Aleksandr Lukaşenko əlini zədələyib.
Nəticədə Aleksandr Lukaşenkonın ofisinin kuluarlarından idarə olunan bir teleqram-kanalı fotonu yaxından nümayiş etdirmək və zarafatlaşmaq qərarına gəlib.
Aleksandr Lukaşenkonun səhhəti ilə bağlı rəsmi məlumat yoxdur. Ancaq prezident iyulun 28-də Minskin Uruçye bölgəsindəki hərbi hissəyə səfəri zamanı koronavirusu ayaq üstə keçirdiyini bəyan etmişdi.
Aleksandr Lukaşenko xırıltılı səsinə görə üzr istəyərək demişdi: “Son zamanlar çox danışmaq lazım gəlir”.
Hərbçilər qarşısında çıxışında prezident bildirmişdi ki, koronavirusu ayaq üstə keçirməyi bacarır. Qeyd etmişdi ki, xəsətliyi simptompsuz keçirir. Xəstəlik barədə həkimlər ona iyulun 27-də məlumat veriblər.