80 yaşlı koronavirus xəstəsi 72 saat ərzində 5 toya gedib.
Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Kayseri əyalətində olub.
Əyalətin valisi Şahmus Günaydın 80 yaşlı qadının hələ də xəstəxanada olduğunu deyib:
“Baş həkim görüş zamanı son 72 saatda haralarda olduğunu soruşub. 80 yaşlı qadın 5 toya getdiyini deyib. İyulun 1-dən toylara icazə verildi, amma qaydalara riayət edilmədi. Belə davam edərsə, yoluxma hallarının sayı artacaq, məhdudiyyətlər də olacaq”.