11 Sentyabr 2020 20:57
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkədə keçirdiyi antiterror əməliyyatları zamanı Vanın Çatak rayonu ərazisində daxili qoşunların üç hərbçisi şəhid olub.

Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, şəhidlərdən biri zabit, ikisi isə sıravi əsgərdir.

Qeyd edək ki, bölgədə aviasiyanın dəstəyi ilə keçirilən “İldırım-10 Norduz” antiterror əməliyyatının ardından terrorçularla hərbçilər arasında atışma olub. Nəticədə üç terrorçu zərərsizləşdirilib. Əməliyyat davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər