14 Sentyabr 2020 13:24
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada ictimai nəqliyyat pulsuz ola bilər. Ancaq şəxsi avtomobillər üçün yollar ödənişli olacaq.

Teleqraf.com xəbər verir ki, bu, Rusiya Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış nəqliyyat strategiyası layihəsini nəzərdə tutulur.

Sənəddə deyilir ki, 2035-ci ilədək ictimai nəqliyyatda pulsuz səyahət etmək mümkün olacaq. Ancaq bu, şəxsi avtomobillərlə səyahətin ödənişli olması şərtilə mümkündür.

Strategiya təsdiqlənərsə, 2025-ci ildən etibarən sürücülərdən regional yollarda, 2035-ci ildən isə bütün digər yol istifadəçilərindən rüsum alınacaq. Bu rüsumun məbləği hələlik məlum deyil.

Mütəxəssislər bu sxemin şəxsi nəqliyyat vasitələrinin sayında azalmaya və ictimai nəqliyyat istifadəçilərinin sayının artmasına səbəb olacağına inanırlar.


Müəllif: Səxavət

Oxşar xəbərlər