Yunanıstan Hərbi Hava Qüvvələri Akademiyası fəaliyyətinə ara verib. Buna səbəb kimi hərbçi kursantların COVİD-19-a yoluxması göstərilib.
Teleqraf.com xəbər verir ki, Hərbi Hava Qüvvələri Akademiyasının 15 tələbəsi test edilib və onlardan 4-də virus aşkarlanıb. Yoluxma sayının artması səbəbindən akademiya fəaliyyətinə ara verib.
Həmçinin Tatoi hava bazasında uçuş həyata keçirən gənc pilotlar və baza əməkdaşlarının hamısının test olunmasına qərar verilib.