7 Noyabr 2020 21:21
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden seçkilərdə qalib gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Report" CNN, NBC və AP məlumat yayıblar. .

Agentliklərin məlumatına görə, Bayden qələbə üçün lazım olan 270 səsi toplayıb.

Proqnoz Pensilvaniya üzrə yeni məlumatlar fonunda yenilənib. Qeyd edilir ki, Bayden səs fərqində Respublikaçılar Partiyasının namizədi Donald Trampı üstələyib.

Qeyd edək ki, Pensilvaniyada və bəzi ştatlarda səslərin hesablanması rəsmi olaraq başa çatmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər