17 Noyabr 2020 12:31
6 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

12:25

Türkiyə Prezidentinin Kabineti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə toplanacaq.

Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, kabinetin iclasında koronavirusla bağlı son vəziyyət və gündəmdə olan digər məsələlər müzakirə olunacaq.

Kabinet iclasının əsas mövzularından biri Dağlıq Qarabağda atəşkəs prosesi olacaq. Rusiya nümayəndə heyəti ilə Ankaradakı danışıqlar kabinet iclasında müzakirə ediləcək. Bölgəyə göndəriləcək Türk sülhməramlıları ilə bağlı son vəziyyət qiymətləndiriləcək.

Kabinetin iclasında Aralıq dənizinin şərqindəki proseslər, terrorizmlə mübarizə və turizmdəki 2021-ci il hədəfləri də müzakirə ediləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər