Çinin hegemon güc olması və inkşafı ABŞ üçün İslam radikalizmindən daha təhlükəlidir.
Teleqraf.com RİA-Novosti-yə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı Mərkəzinin əməkdaşı Robert Heddik çıxış edib. O, Çinin Amerika üçün Sakit okean və Asiya regionunda keçilməz qüvvəyə çevrildiyini bildirib:
“Sovet İttifaqı ilə soyuq müharibə vədəsində mübarizə aparmaq ağır idi. Amma Çindən gələn təhlükəyə qarşı dayanmaq bizə daha ağır olacaq”.